Ərdoğandan futbol açıqlaması: "Təəssüf, bu vəziyyətdən çıxmalıyıq"

Ərdoğandan futbol açıqlaması: Türkiyə Pezident Rəcəb Tayyib Ərdoğan Qaziantepdə gənclərə görüşü zamanı futbolla bağlı suala maraqlı cavab verib.

Görüş iştirakçılarından biri prezident Ərdoğana "Futbol klublarımız arasında gərgin mübahisə gedir. Sizcə, bu mübahisə Türkiyə futboluna necə təsir edir? Bir də, izlədiyinizi bildiyim üçün sizdən cavab almaq istədiyim bir sual var. Sizcə Türkiyə futbolunda siyasət varmı?" sualını verib.

Prezident Ərdoğan cavabında deyib:

"Siyasətin girmədiyi yer varmı? Təəssüf ki, siyasət hər yerə qarışır. Bazar ertəsi "Rizespor" burada Qazianteplə oynayacaq. İndi nə deyəcəyəm? İndi siyasətdə populyar bir deyim var: "yaxşı oynayan qazansın". Burada da yaxşı oynayan qalib gəlsin. Amma çox təəssüf ki, Türkiyə futbolunda bu qədər klubların olmasına baxmayaraq, ciddi uğura imza ata bilmir. Artıq bu durumdan çıxmağımız lazımdır".

Oxşar xəbərlər