Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Super Liqasında rezonans doğuran hadisəyə münasibət bildirib.
O, “Ankaragücü” - “Rizespor” matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyib və referinin tezliklə sağalmasını arzulayıb.
"İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə əsla icazə verməyəcəyik", - Ərdoğan söyləyib.
Xatırladaq ki, “Ankaragücü” - “Rizespor” matçında meydan sahiblərinin klub prezidenti Faruk Koca meydana daxil olaraq oyunun baş hakimi Halil Umut Meler yumruq zərbəsi endirib.
Zərbə nəticəsində referi yerə yıxılıb. Daha sonra yerdə də fiziki zorakılığa məruz qalıb.