Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyəti hesab olunur

Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyəti hesab olunur
Prezident cənab İlham Əliyev 2024-cü ilin 8 oktyabrında Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında bir sıra mühim məsələlər ilə bağlı çıxış etmişdir.Bu məsələlərdən biri Laçın şəhərinin 2025-ci ildə MDB ölkələrinin mədəniyyət paytaxtı elan edilməsi olmuşdur. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu alması çox önəmli hadisədir. Laçının MDB-nin mədəəniyyət paytaxtı seçilməsi Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyəti hesab olunur. Laçın şəhərinin bu statsu alması iqtisadi baxımdan da əhəmiyyətli hadisədir. Belə ki, bu status Laçın şəhərinə turistlərin marağının artmasına şərait yaradacaq və bura səfər edən əcnəbi vətəndaşların sayı artacaqdır. Laçın şəhəri qədim zamanlardan Azərbaycanın bütövlüyündə alınmaz qala hesab olunur. Laçın sivilizasiya və mədəniyyət beşiyi sayılır. Ona görə də Laçının MDB ölkələrinin mədəniyyət paytaxtı seçilməsi ölkəmizin növbəti qələbəsi hesab olunur.
Prezident cənab prezident İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi Başçıları Şurasının iclasında qeyd etdiyi məsələlərdən biri də yaxın zamanlarda Bakıda keçirilməsi nəzərdə tutulan ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunan COP29 iqlim dəyişiklikləri üzrə konfrans oldu. Bu konfransın keçirilməsi məqsədilə şəhərimizdə irimiqyaslı tədbirlər həyata keçirilməkdədir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən etibarən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 2011-2015 ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunmuşdur. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Prezident cənab İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət başçıları şurasının iclasında müraciət etdiyi mühim məsələrdən biri də 2025-ci ildə Azərbaycanda 3-cü MDB Oyunlarının keçirilməsi olmuşdur.
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı” haqqında saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021 ci ilin dekabr tarixli növbədənkənar iclasında 3-cü MDB oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idamn tədbirinə ev sahibliyi etməsi onun idamn olkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühim layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəkdir. 2025-ci ilin oktyabrında Azərbaycanda 3cü MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması nəzərdə tutulur
2024-cü il 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışlarının dövlətimizin bundan sonraki inkişafında çox vacib əhəmiyyət daşıyır.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
tarix müəllimi Hicran Həsənova

Oxşar xəbərlər