
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə ardıcıllıqla və uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti İlham Əliyevin modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. Müstəqil dövlətçiliyin Azərbaycan modeli müasir inkişafın əsas hədəflərini özündə əks etdirir və daha işıqlı sabahlara çatmaq üçün real təminat verir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 12 oktyabr 2016-cı il tarixli sərəncamında deyildiyi kimi, “nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur”. Formalaşmış güclü dövlətçilik sisteminə və zəngin yeraltı və yerüstü sərvətlərə, ən başlıcası isə inkişaf etmiş insan kapitalına malik olan Azərbaycan Respublikası müstəqil dövlətçiliyin müasir inkişafına əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır. Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli yeni müstəqillik qazanmış ölkələr üçün də nümunədir.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
fizika müəllimi Afaq Nəbiyeva