Prezident İlham Əliyev Daşkənddə keçirilən biznes-forum layihəsində iştirak edib

Prezident İlham Əliyev Daşkənddə keçirilən biznes-forum layihəsində  iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva avqust ayınının 22 və 23-də Özbəkistana rəsmi səfər ediblər. Son iki ildə Prezident İlham Əliyevin Özbəkistana beş rəsmi səfəri olub.Avqust ayının 22-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummili Lider Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar. Qeyd edək ki,Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu Meydan və barelyefin açılışı 2022-ci il iyunun 21-də olub. Prezident İlham Əliyevin mətbuata verdiyi müsahibəsində bildirib ki, müttəfiqlik haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil,güclü,suveren,nüfuzlu dövlət rəsmi müttəfiq oldular.
Prezident Cənab İlham Əliyev çıxışında bildirib ki, biz həmişə- istər işğal,istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Avqust ayının 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respulikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib. Prezident İlham Əliyev Daşkənddə keçirilən biznes-forum layihəsində iştirak edib. Cənab Prezident İlham Əliyev çıxışında bildirib ki,prinsipcə,bu günlərdə Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub.Amma nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir. Bu gün bizim burada təqdim etdiyimiz 20 istiqamət üzrə yeni təşəbbüsləri, təbii ki,diqqətlə öyrənəcəyik. Cənab İlham Əliyev çıxışının davamında bildirib ki,bilirəm ki, biznes strukturları siyasi konyuktura çox həssas reaksiya verir, onlar belə də etməlidir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyuktura, heç bir yerdə mövcud deyil. Ona görə də bu,iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir. Özbəkistan böyük potensiala malik ölkədir və indi bir növ çiyinlərini,qanadlarını yenicə açır və artıq uçur,amma bir az vaxt,bir neçə il lazımdır ki, bu, sözün əsl mənasında uçsun. Həmçinin Özbəkistanda yaxşı investisiya mühiti var. Əks halda, qısa müddət ərzində bu qədər sərmayə olmazdı, onların bir çoxu xarici və yerlidir, yəni yerli investorlar sadəcə başqa ölkələrə yatırardılar, xaricilər isə gəlməzdilər. Bütün bu amillər Azərbaycanda da mövcuddur,ona görə də özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq. Bizim artıq investisiya proqramlarını müəyyən etdiyimiz sahələr-sənaye sahələri (ağır,avtomobil,yüngül), kənd təsərrüfatı (pambıqçılıq,ipəkçilik,bağçılıq), turizm biznesi,mehmanxana biznesidir. Prezident bildirib ki,bu ilin sonunadək 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki,10 milyard dollardan az olmayacaq. Qayıtmaq istəyən 100 min nəfərdən 8 min nəfərdən bir qədər çoxu artıq yerləşdirilib. Avqustun 23-də iki dövlət arasında bir sıra sənədlər imzalanıb.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova

Oxşar xəbərlər