Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub

Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi “Unudulmaz Lider” layihəsi çərçivəsində Salyan rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev-Unudulmaz lider” adlı foto-xalça sərgisi keçirib. Sərgidə RİH başçısı Sevindik Hətəmov, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov layihənin məqsədi barədə ətraflı məlumat verərək “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisinin respublikamızınn bir sıra rayonlarında və ali təhsil müəssisələrində həyata keçirildiyini və bunda sonra da davam etdiriləcəyini bildirib. Sərgidə qonaqlara üzərində dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat yolunu əks etdirən fotoların olduğu xalçalar nümayiş etdirildi.

Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub
Salyanda “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisi təşkil olunub


Salyan RİH başçısı Sevindik Hətəmov - Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanda yaşanan faciələr, təhlükələr yaddaşlardadır. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.

1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ulu Öndər Heydər Əliyevdən imdad istədi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etdi, inkişafın sarsılmaz təməllərini qoydu. 1993-cü ilin 15 iyun tarixi, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Ulu Öndər Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazıldı.

2021-ci ilin 15 iyun tarixində xalqımız növbəti tarixi hadisənin şahidinə çevrildi. Hər zaman bir yerdə olan, dünyaya dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsini göstərən Azərbaycan və Türkiyə dünyanın diqqətini Şuşaya yönəltdilər. Qarabağın tacı iki qardaş ölkənin dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Özünü bütün sahələrdə- siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində nümayiş etdirən müttəfiqliyimizin bundan sonra daha da möhkəmləndirilməsi və inkişafı üçün geniş imkanlar yaranıb. Sənəddə 100 il bundan əvvəl imzalanan tarixi Qars müqaviləsinə istinad edilməsi də böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə gələcək iş birliyimizin, əməkdaşlığın istiqamətlərini göstərir. Bəyannamədə həmçinin beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyət, siyasi, iqtisadi və ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, ümumiyyətlə bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir. Şuşa Bəyannaməsi, həmçinin bölgədə inteqrasiya proseslərini, əraziyə yeni sərmayə qoyuluşunu stimullaşdırır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Əməkdaşlıq sayəsində yeni iqtisadi perspektivlər yaranır. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bu məsələlərə xüsusi diqqət yönəldərək bir daha bu çağırışı etdi ki, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar: “Yəni bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.”

Oxşar xəbərlər