Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir

Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir
İyunun 4-də Bakı Enerji Həftəsi açılıb. İyunun 6-dək davam edəcək Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu kimi üç ayrı layihəni ehtiva edir.
Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir. İyunun 4-də həftə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyub.
Prezident İlham Əliyev enerji həftəsinin açılış mərasimində bildirib ki, ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib. “Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq”. Prezident deyib ki, Cənub Qaz Dəhlizi, artıq üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir.
İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım olub. Bu mövzu Bakı Enerji Həftəsinin gündəliyində daha geniş yer tutacaq.
Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.
2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir” fikri də oxucuların diqqətinə çatdırılıb.
Ölkə mediası dövlətimizin başçısının “Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir” fikri də oxucuların diqqətinə çatdırılıb.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Uşaq birliyi rəhbəri Aynurə Məmmədova

Oxşar xəbərlər