Tacikistan prezidentinin Şuşa səfəri əhali tərəfindən tam rəğbət hissi ilə qarşılanıb

Tacikistan prezidentinin Şuşa səfəri əhali tərəfindən tam rəğbət hissi ilə qarşılanıb Hamıya məlumdur ki, Azərbaycan respublikası prezidenti İlham Əliev bir çox sahələrdə olduğu kimi xarici siyasətdə uzaqgörən və uğurlu xarici siyasət aparır. Azərbaycanda tez-tez beynəlxalq tədbirlərin keçirilməsi, bir sıra dövlət başçılarının Azərbaycan Respublikasına səfərləri buna parlaq sübutdur. Belə səfərlərdən biri də 2024-cü il mayın 10-da Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən edilib. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub. Tacikistan Prezidenti Emoməli Rəhmonu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Emoməli Şərifoviç. Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox sevinirəm. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq və bunların arasında çox mühüm sənəd olan prezidentlərin Birgə Bəyanatının imzalanmasını qeyd etmək istərdim”.
Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir. Danışıqlar zamanı Azərbaycan Prezidentinin Tacikistana ötənilki dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların əməli surətdə həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirildi. İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanıldı. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırıldı. İqtisadi-ticari əməkdaşlıq məsələləri üzrə Birgə hökumətlərarası komissiyanın daha səmərəli işləməsi məqsədilə biz onu həmsədrlər səviyyəsindən Baş nazirlərin müavinləri səviyyəsinə qaldırmağı təklif etdik.Həmçinin parlamentlərarası dialoqun inkişafına dair fikir mübadiləsi aparıldı. Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi.
Xatırladaq ki, Tacikistan Azərbay¬canın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bakı ilə Düşənbə arasın¬dakı diplomatik münasibətlərin təməli isə 1992-ci il mayın 29-da qoyulmuşdur. Yəni Tacikistan Prezidentinin Bakı səfə¬ri və bizim bu sətirlərimiz diplomatik əlaqələrimizin 32-ci ildönümü günlərinə təsadüf edir. O da vurğulanmalıdır ki, Ta¬cikistan dövləti artıq tarixin arxivinə gön¬dərilmiş keçmiş münaqişənin davam et¬diyi bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləmiş, bizim Zəfərimizlə nə¬ticələnən İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqları isə alqışlamış və xalqımızın sevincinə şərik olmuşdur. Məhz bütün bunlara görə Azərbaycan Prezidenti Tacikistan dövlətinə güvən¬miş, inanmış və həmin ölkəyə 6 dəfə səfər etmişdir. Tacikistan Prezidenti Emoməli Rəhmon deyib: “Tacikistan Respublikası xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirir. Qeyd etməyə şadam ki, bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətimizin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Əminəm ki, bu gün əldə edəcəyimiz razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.” Səfər ölkələrimizin əməkdaşlığı dərinləşdirməyə meyilli olduğunu göstərir, ticari-iqtisadi sahədə perspektivlər açır. Biz, həmçinin sərmayələrlə bağlı məsələyə toxunduq və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək. Həmçinin kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu. Bütün bunlar Azərbaycan-Tacikistan dövlətlərinin qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdə çox güclü siyasi iradəsinin olduğunu göstərir. Həmçinin qeyd olunub ki, Azərbaycanla Tacikistan arasındakı münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisin¬də Azərbaycan–Tacikistan parlamentlə¬rarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eləcə də, Tacikistan Respubli-kasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlə¬rarası dostluq və əməkdaşlıq qrupu möv¬cuddur.
Azərbaycanın inkişafının Prezident İlham Əliyevin böyük səyləri nəticəsində əldə olunduğunu deyən Tacikistan Prezidenti vurğulayıb ki, qədim tarixi, mədəniyyəti, sivilizasiyası olan Azərbaycan xalqı bu uğurlara layiqdir və Tacikistanda ölkəmizin nailiyyətlərinə sevinirlər.
Tacikistan peridentinin Aərbaycana səfəri ölkənin daxilində və xaricində diqqətlə izlənin və geniş müzakirələrə səbəb olub. Birmənali şəkildə səfər yüksək qiymətləndirilir və Azərbaycan prezidentinin uğuru kimi qəbul edilib. Tacikistan prezidentinin Şuşa səfəri əhali tərəfindən tam rəğbət hissi ilə qarşılanıb.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov




Oxşar xəbərlər