Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri kimi beynəlxalq hüquq üçün mübarizə aparır

Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri kimi  beynəlxalq hüquq üçün mübarizə aparır
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv seçilmiş, 2019-cu ildən isə Sədrlik etməyə başlamışdır. Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyi 2022-ci ilə qədər nəzərdə tutulsa da uğurlu idarəetməni nəzərə alaraq Azərbaycanın əlavə olaraq bir il müddətində də Hərəkata Azərbaycanın sədrlik etməsi təklif edilmişdir. Bu Azərbaycanın üzərinə düşən vəzifə və öhdəlikləri uğurla yerinə yetirdiyinin göstəricisidir.
Azərbaycanın Hərəkata rəhbərlik dövrünün çox qismi pandemiya dövrünə təsadüf etmişdir. Azərbaycanın rəhbərliyi ilə bu dövrdə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Azərbaycan bu dövrdə 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərmişdir.
Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri kimi beynəlxalq hüquq üçün mübarizə aparır. Beynəlxalq hüquq müstəvisində sülh və təhlükəsizliyin təmin olunması Azərbaycanın eləcə də Qoşulmama Hərəkatının bütün üzvlərinin əsas məqsədidir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə



Oxşar xəbərlər