Azərbaycanın nüfuzu Qoşulmama Hərəkatında da özünü göstərir

Azərbaycanın nüfuzu Qoşulmama Hərəkatında da özünü göstərir Qoşulmama Hərəkatı beynəlxalq aləmdə BMT-dən sonra nüfuzuna görə və tərkibində ən çox dövlətiləri birləşdirən bir siyasi qurumdur. Bu beynəlxalq qurum öz ətrafında 120 üzv ölkəni, 18 müşahidəçi ölkəni və 10 müşahidəçi təşkilatı birləşdirir. Yarandığı vaxtdan etibarən Qoşulmama Hərəkatı beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin qorunması məqsədilə bir çox məsələlərdə sülhün təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan Respublikası da öz növbəsində 2011-ci ildən etibarən bu hərəkatın üzvü olmuş və qısa zaman ərzində Hərəkatda böyük nüfuz qazanmışdır. Qoşulmama Hərəkatı Azərbaycanı öz üzvlüyünə qəbul etdikdən sonra mütamadi olaraq ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləmiş və müdafiə etmişdir. Azərbaycanın bu hərakatın tərkibində apardığı səmərəli fəailiyyətin nəticəsi olaraq 2016-cı ildə qəbul edilmiş qərarla Azərbaycan Qoşulmama Hərəkatında 2019-2022-ci illər üçün sədr seçilmişdir. Bu, təbii ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun yüksək olmasının bir göstəricisi və dünyanın bir çox aparıcı dövlətlərinin Azərbaycan Respublikasına və prezidenrinə göstərilən etimadın göstəricisidir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi demək olar ki, koronavirus pandemiyasının dünyada tüğyan etdiyi bir vaxta təsadüf etsə də, cənab İlham Əliyev vaxtında və düzgün qərar verərək pandemiya ilə mübarizə tədbirlərini qlobal səviyyəyə qaldırdı və bəşəriyyəti təhdid edən bu bəlanı yalnız səyləri birləşdirməklə aradan qaldırmağın mümkün olduğunu diqqətə çatdırdı. “COVİD-19” əleyhinə peyvəndlərin məqbul qiymətə satılması, vaxtında çatdırılması və bölgünün ədalət prinsipinə əməl edilməsi təklifinin irəli sürülməsi Hərəkata üzv dövlətlər və Dünya Səhiyyə təşkilatı tərəfindən razılıqla qarşılandı. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi gündən bu günədək fəaliyyəti həmişə konstuktiv və səmərəli olmuş, hərəkatın fəaliyyətinin canlandırılması və qlobal çağırışlara adekvat reaksiya verməsi ilə yadda qalmışdır. Məhz buna görə də Azərbaycanın hərəkata sədrliyinin daha bir il uzadılmasına üzv dövlətlər yekdilliklə səs vermişlər. Bu gün Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər və göstərdiyi səylər dünyada həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə, təsisatın isə institusional inkişafına, hətta Prezident İlham Əliyevin də söylədiyi kimi müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəldilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq beynəlxaq aləmdə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına və ayrıseçkiliyə qarşı mübarizə aparmaqla bütün dünya ölkələrinin Azərbaycan xalqına və Azərbaycan dövlətinə olan etimad və rəğbətin daha da artmasına nail olmuşdur.

Ramidə İbrahimova, 36 saylı şəhər poliklinikasının baş həkimi



Oxşar xəbərlər