ÖLKƏMİZ BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ

ÖLKƏMİZ BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ Müstəqil Azərbaycan Respublikası yaradıldıqdan sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olmuşdur. Bura BMT, MDB, Aİ və s. kimi böyük təşkilatları misal göstərə bilərik. Azərbaycanın bu təşkilatlarla əməkdaşlıq etməsi beynəlxalq aləmdə tanınması, söz sahibi olması deməkdir. Bu təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. 20-ci əsrin ikinci yarısında bir sıra dövlətlər birlik yaradaraq təhlükəsiz bir mühitdə inkişaf və sülh üçün birləşmişdilər. Bu Hərəkata üzv olan dövlətlər “Soyuq müharibə” dövründə heç bir hərbi bloka qoşulmamamğı öhdələrinə götürürdülər.
Qoşulmama Hərəkatı “Soyuq müharibə” dövründə yaradılsa da hazırda öz aktualllığını və əhəmiyyətini saxlayır. Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılmışdır və Azərbaycan 2011 -ci ildən bu təşkilatın üzvüdür. Təşkilata üzv olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımışdır. Azərbaycan öz növbəsində Qoşulmama Hərəkatının bütün prinsiplərinə tam şəkildə riayət edir.
Azərbaycanın Qoşulmama Hərəkatına üzvlərin yekdil qərarı ilə sədr seçilməsi və bunun bir müddət uzadılması həmin dövlətlərin Azərbaycana nə qədər əhəmiyyət verdiyini, Azərbaycanın öz üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirdiyinin göstəricisidir. Ölkəmizin Qoşulmama Hərəkatında sədrlik dövrü COVİD-19 pandemiyası ilə üst-üstə düşdüyü üçün Azərbaycan bununla mübarizə üçün öz rolunu ortaya qoymuşdur. Pandemiya dövründə Qoşulmama Hərəkatına üzv olan dövlətlər Ümumdünya Səhiyyə Təşkilatına böyük məbləğdə ianə etmişdir, 80- dən çox ölkəyə maddi yardım göstərilmişdir.
Qoşulmama Hərəkatına üzv olan dövlətlərin Azərbayca qarşı olan ərazi iddialarını pisləmiş, Azərbaycanın ərazi bütövlüyünə qarşı səsləndirilən iddialara qarşı çıxmışdır. Bu isə Hərəkatın beynəlxalq hüquq müstəvisində ədalətli fəaliyyətini bir daha sübut edir.

Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər