Avropa ölkələri, eyni zamanda Belarus respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin əhəmiyyətli tərəflərindən biridir

Avropa ölkələri, eyni zamanda Belarus respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin əhəmiyyətli tərəflərindən biridir
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Cənab Prezident İlham Əliyev dünyaya elə bir Azərbaycan təqdim edib ki, artıq onun əhəmiyyəti dərindən dərk edilir, əməkdaşlıqdan məmnunluq ifadə olunur.
Avropa ölkələri, eyni zamanda Belarus respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin əhəmiyyətli tərəflərindən biridir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Belarusiya münasibətləri ötən dövrlərdə iqtisadi, siyasi, enerji, humanitar və başqa sahələr üzərində ardıcıl inkişaf edib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı ikitərəfli diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır. Azərbaycanla Belarus arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqillik əldə etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində iki ölkə arasında tarixdən gələn dostluq münasibətləri daha da möhkəmlənərək inkişaf etdi. Bu gün ölkə prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir.Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Bu baxımdan Belarus Prezidenti Aleksandr Lukaşenkonun cari ilin 16 may tarixində ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan dərin münasibətlərin mövcud olduğunu Belarus Prezidentinin mətbuata bəyanatında ölkəmiz haqqında söylədiyi fikirlərdən də bir daha aydın görmək olar. Beləki, Prezident A.Lukaşenko mətbuata bəyanatında Azərbaycanın Cənubi Qafqaz regionun lider dövləti olduğunu xüsusi vurğulayaraq qeyd edib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.”
Aleksandr Lukaşenkonun səfəri zamanı Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etməsi, habelə bu işlərdə səmimi olaraq öz yardımlarını təklif etməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində görüləcək işlərin təməli kimi qiymətləndirmək olar.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında mövcud dostluq əlaqələrinə xüsusi diqqət çəkərək qeyd edib: “Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək”.
Qeyd etmək lazımdır ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri zamanı 9 adda sənəd imzalanmışdır. İmzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək, əlaqələrimizin bundan sonra da inkişaf etməsinə və dərinləşməsinə təkan verəcəkdir.
Bütün bunlar onu deməyə əsas verirki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri dostluq və hörmət əlaməti olmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açmış oldu.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
əməkdaşı Şəhla Vəliyeva

Oxşar xəbərlər