Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. 70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmuş Belarus və Azərbaycan müstəqillik əldə etdikdən sonra öz aralarında diplomatik əlaqələri 1993-cü ildə qurmuşlar. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə Səfirliklər açılmışdır. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da bu məsələyə toxunub. Ölkə başçısı öz çıxışında Azərbaycanla Belarus arasında yüksək səviyyəli dostluq münasibətlərinin olduğunu, aparılan danışıqlar və təkbətək görüşlərin iki ölkə üçün önəmli olduğunu qeyd edib.
Qeyd etmək lazımdır ki, bu gün iki ölkə arasında ticarət və iqtisadi fəaliyyət mövcuddur. Elə məhz bu səbəbdən görüş zamanı müzakirə edilən məsələlər daha çox bu istiqamətdə yönəlib. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrin artırılması hər iki ölkə üçün xüsusi əhəmiyyət ləsb edir. İki ölkə arasındakı münasibətlərdə əsası təşkil edən sənaye kooperasiyalarının yaradılması və birgə istehsal potensialının artırılmasıdır. Həmçinin hərbi-sənaye komplekslərinin, kənd təsərrüfatının inkişafı, nəqliyyatda əlaqələrin artırılması məsələləri əməkdaşlıq üçün praktiki əhəmiyyət daşıyan mövzulardır. Bundan əlavə, qeyd etmək lazımdır ki, işğal dövründə dağıdılmış ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsi məqsədilə də addımlar atılması proqnozlaşdırılıb. Belarusun zəngin şəhərsalma təcrübəsinin, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək fayda verə bilər. Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində bölgənin bərpası işlərində iştirak üçün fəaliyyətə dəvət edilməsi gələcəkdəki münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab edilə bilər.
Bu gün Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycandır. Buna görə də, Belarus tərəfi Azərbaycanla münasibətlərin daha yüksək spektora gəlib çatmasından maraqlıdır. Çıxışında bu məsələ ilə bağlı fikir bildirən Lukaşenko qeyd edib ki, Azərbaycan Qafqaz regionunu nəzarətdə saxlamaq qabiliyyətinə malikdir, Azərbaycan bütün Qafqazdakı vəziyyətə cavabdehdir və sabitliyin yaranmasındakı ən böyük sahibi elə məhz Azərbaycandır. Quruculuq işlərinin aparılması, sülh quruculuğu ilə təcrübələr digər qeyri-sabitlik ocaqlarına nümunə əhəmiyyəti daşıyır.
Cari ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlərinə nəzər salsaq bir daha görərik ki, bu sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf dönəminin xəbərçisidir.
Azərbaycan yeni reallıq yaradıb və hazırda Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Azərbaycanım güclü nüfuzu olduğuna diqqət çəkən preziident A.Lukaşenko bildirdi ki: "Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik".
Ən əsası, hər iki ölkənin rəhbərləri arasında, eləcə də dövlət qurumları səviyyəsində etimad münasibətləri Azərbaycanın və Belarusun mənafeyinə xidmət edir ki, son səfər də bunu əyani şəkildə nümayiş etdirir.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Məlahət Məmmədova


Oxşar xəbərlər