Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var

Belarus  və  Azərbaycanın   qardaş  xalqları  arasında                                    dərin hörmət və  münasibətlər  var

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək: “Azərbaycan ilə Belarus strateji tərəfdaş və dost ölkələrdir. Belarus ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı var. İki ölkənin əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. İlk növbədə, sənaye kooperasiyasında, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılması da bura aiddir. Bu, ilk növbədə, maşınqayırmadır, həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox işlər aiddir.
Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Belarus Prezidenti qeyd edib: “Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Aleksandr Lukaşenko İham Əliyevi “Qafqazın lideri” adlandırıb. Yalnız öz xalqına vurğun insan, bu xalqın firavanlığını istəyən insan bütün ölkədə bu cür quruculuq işləri apara, onun simasını bu cür dəyişə bilər. Azərbaycan Prezidenti İlham Əliyev çox demokratik, yüksək intellektual şəxsdir. Biz dost kimi bir-birimizə etibar edirik.
Aleksandr Lukaşenkonun səfəri zamanı Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etməsi, habelə bu işlərdə səmimi olaraq öz yardımlarını təklif etməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində görüləcək işlərin təməli kimi qiymətləndirmək olar. Dostluq münasibətləri, keçirilən görüşlər bu gün Cənubi Qafqazda sülh və davamlı inkişafın təmin olunmasına, habelə hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova

Oxşar xəbərlər