Niaqara Restoranı | HƏR NÖV TƏDBİRLƏRİNİZ ÜÇÜN

Niaqara Restoranı | HƏR NÖV TƏDBİRLƏRİNİZ ÜÇÜN Bəzi internet saytlarında Niaqara restoranının sahibi Şahin müəllim ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Şahin müəllim haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Niaqara restoranının sahibi Şahin müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Niaqara restoranının sahibi Şahin müəllimdir.

Niaqara restoranının sahibi Şahin müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şahin müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Niaqara restoranının sahibi Şahin müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.



Niaqara restoranı ad günü, nişan, yeni il, banket və digər tədbirlərin keçirilməsi üçün ən uyğun və əyləncəli bir məkan olduğu bir çox paytaxt sakilərinə artıq bəllidir. Restoranda hər gün şəhərin ən popuylar sənətkarlarının və DJ-lərin iştirakı ilə şou proqramlar təşkil olunur. Buranın ləziz yeməkləri artıq bir çox qonaqlarımızın təkrar olaraq daim bizə öz şad günlərinin keçirilməsi üçün üz tutmasına səbəb olub. Eyni zamanda hündür tavan, təbii palma ağacları, şüşəli 1000 nəfərə qədər geniş zal buraya heç yerdə rast gələ bilməyəcəyiniz xoş və qeyri adi bir atmosfer yaradır. İstənilən sayda qonaq sayına uyğun sifariş edə biləcəyiniz masalar Sizin hər növ tədbiriniz canlı və maraqlı keçirilməsinə zəmanət verir. Canlı ifa altında səhnəmizin ən məşhur müğənniləri isə Sizin gecənizin şən auraya qərq olması üçün təkrarsız bir abu-hava yaradır. Biz Niaqarada xoşbəxtliyin astanasını gördük. Biz Niagarada xoşbəxtliyin zirvə nöqtəsini gördük. Biz Niaqarada ən duyğulu anları gördük. Biz bu məkanda önəmli qərarların verildiyini gördük. Bəs siz bu məkanı gördünüzmü? Niaqara – görmək istədiyin məkan!

Oxşar xəbərlər