![Xankəndidə xeyli silah-sursat tapılıb](https://olke.az/photo/770x415/2024/04/11/1712815068_66177adaa82a466177adaa82a517128148105bb50932789ebfe68304b2f40d7e00dc.jpg)
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə DİN-dən bildirilib.