Ölkəmiz bərpaolunan enerji layihələrində çox iddialıdır

Ölkəmiz bərpaolunan enerji layihələrində çox iddialıdır Ulu Öndərimiz deyərdi: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Müstəqillik əldə etdikdən sonra ölkəmiz çoxlu iqtisadi layihələrdə iştirak etdi və eyni zamanda təbii sərvətlərimizdən ağıllı və çevik şəkildə istifadənin planı hazırlandı. İqtisadi maraqların çərçivəsində dünyanın inkişaf etmiş ölkələri ilə əlaqə fonunda isə siyasi maraqların təmin olunmasının nə qədər əhəmiyyətli olduğunu yaşadığımız dövrdə baş verən proseslər timsalında aydın şəkildə gördük.
Əslində isə çoxlarının düşündükləri kimi yox, bizim istədiyimiz kimi proseslər davam etdi və biz böyük layihələrdə iştirakımızı təmin etdik, məsələn Cənub Qaz Dəhlizi layihəsi kimi. Bu kəmərin uzunluğu 3500 kilometrdir və reallığa çevrilmiş layihədir.
COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Biz təbii sərvətimiz olan neftin və qazın tükənəcəyindən qorxmuruq, nəzərə alsaq ki, bu enerji mənbələri bərpaolunan deyil, buna görə də əldə olunan gəlirlərdən bərpaolunan enerji mənbələrinin yaradılması üçün lazım olan bütün imkanlardan istifadə edirik.Hətta çox böyük ehtimal var ki, biz ölkə daxilində təbii qaz istehlakını minimuma endirək və bərpaolunan enerjidən maksimum istifadə edək. Düşünsək ki, Azərbaycanımız vaxtilə aqrar respublika idi, indi artıq biz sənayesi inkişaf etmiş ölkəyə çevrilmişik. Bu xüsusda Ulu Öndərimizin əməyi çox böyükdür. Sovet dövründən qalma bürokratik əngəlləri aradan qaldıraraq müstəqil iqtisadiyyata keçid Ulu Öndərimizin düşünülmüş siyasət xəttinin əsaslarından birini təşkil edirdi. İndi isə Cənab Prezidentimizin sayəsində bu layihələr uğurla həyata keçirilir və hətta dünyanın yeni iqtisadi coğrafiyası yaranır.

Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev

Oxşar xəbərlər