Bu seçki ərazi bütövlüyümüz və suverenliyimizin təsbitidir

Bu seçki ərazi bütövlüyümüz və suverenliyimizin təsbitidir Prezident İlham Əliyevin andı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin birinci hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7də Azərbaycan Respublikası Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirildi. Azərbaycan xalqı bu səsvermədə çox fəal iştirak etdi. Əhalidə ruh yüksəkliyi özünü büruzə verirdi. İnsanlar bu seçkiyə qalib, qəhrəman xalq kimi gəlirdilər. Bu seçki ərazi bütövlüyümüz və suverenliyimizin təsbitidir.
Xalq inanırdı ki, Azərbaycan inkişafa doğru daha sürətlə irəliləyəcək, ölkədə sosial və iqtisadi sabitlik dərinləşəcək, xalqımızın rifahı naminə yeni nailiyyətlər əldə ediləcək. Seçki başa çatdıqda İlham Heydər oğlu Əliyevin səs çoxluğu ilə Prezident seçildiyi elan olundu. Qalib xalqın qalib oğlu yenidən Prezident seçildi. Azərbaycan xalqı toy-bayramla bu xəbəri qarşıladı. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə Andiçmə mərasimi keçirildi. Andiçmə mərasimində Birinci xanım Mehriban Əliyeva Dövlət rəsmləri, hökumətin üzvləri,Milli Məclisin deputatları iştirak etdilər. Mərasim iştirakçıları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar. Ümumxalq səsvermə ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət bayrağını və Azərbaycan Respublikası Prezidentinin bayrağını təntənəli marşın sədaları altında səhnəyə gətirdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək Cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi. Azərbaycan Respublikasının Prezidenti seçilən Cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyası üzərinə qoyaraq : -Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasına əməl edəcəyinə dövlətin müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına,xalqa ləqayətlə xidmət edəcəyinə and içdi. Sonra Prezident müqəddəs “Qurani-Şərif”-ə əl basaraq: -Azərbaycan Xalqının əsrlər boyu yaratdığı milli,mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içdi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Prezident İlham Əliyev təzim edərək Azərbaycan Respublikasının Dövlət bayrağını öpdü. Sonra Prezidentin andiçmə mərasimindəki nitqi dinlənildi.

Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
Biologiya müəllimi Sevinc Əliyeva

Oxşar xəbərlər