
Bu sözləri Milli Məclisin deputatı Azay Quliyev Prezident İlham Əliyevin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib. Millət vəkili əlavə edib: “Əminəm ki, seçkilərin qanunvericiliyə, demokratik norma və prinsiplərə uyğun keçirilməsi üçün bütün şərait yaradılacaq”.
Qeyd edək ki, sözügedən sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.