Müharibə nə qədər davam edəcək? – Rusiya şərtini açıqladı

Müharibə nə qədər davam edəcək? – Rusiya şərtini açıqladı Rusiyanın rəqibləri məsələlərin sülh yolu ilə həllindən imtina etdikcə, Ukraynada xüsusi hərbi əməliyyat davam edəcək.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya tərəfi və Prezident Vladimir Putin üçün xüsusi hərbi əməliyyatın qarşısında duran məqsədlərə nail olmaq vacibdir. Buna sülh yolu ilə nail olmaq daha yaxşıdır. Qarşı tərəf bu dinc yoldan imtina edirsə, o zaman xüsusi hərbi əməliyyat davam edəcək”, - Peskov bildirib.

Oxşar xəbərlər