Putin və Ruhani Bakıda hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər

Putin və Ruhani Bakıda hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər “İran tərəfi yeni Rusiya silahlarında maraqlıdır”

Vladimir Putin və Həsən Ruhani arasında keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

Bunu “İzvestiya” qəzetinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiq edib.

Kremlin mətbuat xidmətinin çərşənbə axşamı verdiyi məlumata görə, Rusiya prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcək.

Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin beynəlxalq və regional siyasətin aktual məsələləri, xüsusilə də energetika və nəqliyyat sahəsində əməli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Nəşrin məlumatına görə, Putin və Ruhani iki dövlət arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, həmçinin İran tərəfi yeni Rusiya silahlarında maraqlıdır.

Bundan başqa, “İzvestiya” iddia edir ki, burada söhbət qarşılıqlı fəaliyyətin birgə təlimlərin keçirilməsi səviyyəsinədək qaldırılmasından gedə bilər.

Rusiya prezidentinin mətbuat katibi D.Peskov qəzetə bildirib ki, iki ölkə liderinin görüş planlarında sözügedən məsələnin müzakirəsi durur.

Oxşar xəbərlər