Millətimizin bu çətin, dar günündə ona təsəlli verən yalnız xalqının böyük oğlu Ümummili liderimiz Heydər Əliyev oldu

Millətimizin bu çətin, dar günündə ona  təsəlli verən yalnız xalqının böyük oğlu Ümummili liderimiz Heydər Əliyev oldu
20 Yanvar faciəsi tariiximizin qəhrəmanlıq salnaməsidir. Çünki azadlıq istəyən Azərbaycan xalqı Sovet ordusunun qarşısına əliyalın çıxmışdı. Xalqımız Sovet ordusunun zirehli tanklarının önündə ölümün gözünə dik baxdılar, zülmə mərdliklə sinə gərdilər. Zalıma əyilmədilər. Xalqın mübarizə ruhu o qədər güclü idi ki, heç bir qüvvə millətimizi sarsıtmadı.
Ümummilli liderimiz Heydər Əliyevin Moskvada yüksək vəzifədən uzaqlaşdırılmasından istifadə edən ermənilər şovinist çıxışlara başladılar. Bu yolda onlara SSRİ rəhbərliyi havadarlıq edirdi. M.Qarbaçov şəxsən özü erməni şovinistlərin daha da cəsarətlənməsinə şərait yaratmışdı. Erməni daşnakları anti-türk, anti-azərbaycan siyasəti yeridərək XXəsrin əvvəllərində, eyni zamanda 1918-ci ildə xalqımıza qarşı törətdikləri vəhşiliyi yenidən təkrar etdilər. Eyni əsrdə bir neçə dəfə xalqımızı öz dədə-baba yurdundan məcburi şəkildə deportasiya edən ermənilər 1988-ci ildə yenidən xalqımız öz doğma yurdundan didərgin saldı. 200 mindən çox Azərbaycan xalqı öz tarixi torpaqları olan Göyçədən, İrəvandan, Ağbabadan, Vedidən, Zəngəzurdan və daha neçə Azərbaycan türklərini qədim yurd yerlərindən qovdular. Həm də sovet əsgərlərinin gücü ilə həyata keçirilirdi bu haqsız köçürülmə. Beləliklə , 18 mahaldan ibarət qədim türk yurdundan türk izləri silindi. Ermənilərin hədəfi Qarabağı da Azərbaycanın qəlbindən qoparmaq idi.
Bütün bu haqsızlığa qarşı çıxan xalqımız 1990-cı il 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir neçə şəhərində qanlı cinayətə əl atdı. Xalqımız o zaman heç bir göstəriş olmadan bir yumruğa dönmüşdü. Qəlbi qan ağlayan xalqın dərdi, kədəri bir idi. Xalq şəhidlərinə birlikdə yas saxlayırdı. Millətimizin bu çətin, dar günündə ona təsəlli verən yalnız xalqının böyük oğlu Ümummili liderimiz Heydər Əliyev oldu. Qəlbi milləti ilə döyünən Böyük Öndər Moskvadakı Azərbaycan nümayəndiliyinə gəldi. Xalqına başsağlığı verərək millətimizin dərdinə təsəlli oldu, xalqının haqq səsi oldu.
Bu gün Yanvar şəhidlərinin qisası alınıb.Şəhidlərimizin qəhrəmanlıq yolunun davamçısı olan oğul və qızlarımız Qarabağı tam azad etdilər. İndi Qanlı yanvar gecəsi canını fəda edən Ülvinin, İham və Fərizənin, məktəbli İlqarın, Larisanın və bütün şəhidlərimizin ruhu şaddır. Çünki vətənimizin azdlığı, bütövlüyü uğrunda həlak olan şəhidlərin amalları çiçək açıb. Allah sizə rəhmət eləsin Müqəddəs Şəhidlərimiz!

Sabuncu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili ve ədəbiyyat müəllimi Humay Vəliyeva

Oxşar xəbərlər