Ulu öndərimizin Sovet dövründə Vətəni üçün gördüyü böyük işlər, yüksək xidmətlər qədirbilən xalqımızda rəhbərinə qarşı böyük inam yaratmışdı

Ulu öndərimizin Sovet dövründə Vətəni üçün gördüyü böyük işlər, yüksək xidmətlər qədirbilən xalqımızda  rəhbərinə qarşı böyük inam yaratmışdı
Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışı Vətənimizdə yeni günəşin doğması, yeni aydın səhərlərin açılması demək idi. Ulu öndərimiz, millətimizin xilaskarı xaos, keşməkeşli siyasi həyat keçirən Azərbaycanın yaralarını sağaltmaq, parçalanmaqdan qorumaq üçün qayıtmışdı . Millətimizin dayağı Ümummilli liderimiz Heydər Əliyev ölkəni çıxılmaz vəziyyətdən qurtardı. O zaman ölkənin idarəetmə sükanı səriştəsiz, heç bir idarəetmə bacarığı olmayan insanların əlində idi. Kreslo uğruna xalqın mənafeyinə zərər gətirən qüvvələr ulu öndər Heydər Əliyevin Bakıda yaşamasına belə mane oldular. Çünki ulu öndər Heydər Əliyev dühasının böyüklüyü onları qorxudurdu. Lakin məkrli əməllərin əksinə olaraq, o böyük düha blokadada olan, paytaxtdan heç bir dəstək almayan Naxçıvanı ayağa qaldırdı. Elektrik, qaz, ərzaq və digər iqtisadi problemlərlə üzləşən Naxçıvan həm də tez-tez düşmən ölkə Ermənistanın də hücumuna məruz qalırdı. Ulu öndərin dəyərini anlayan insanlar yalnız bir Ümummli liderimiz Heydər Əliyevin bu dərdlərə çarə tapa biləcək qüdrətə malik olduğunu bilirdilər. Ulu öndərimiz böyük siyasətçi, təcrübəli təşkilatçılıq gücünə malik rəhbər idi.
Ulu öndərimizin rəhbərliyi ilə minlərlə savadlı, ixtisaslı kadrlar yetişmişdi. Ulu öndərimi savadlı, hərtərəfli biliyə malik, uzaqgörən siyasətçi olduğu üçün peşəkarlarla işləyirdi. Hər zaman yüksək səviyyədə peşəkarlıq və ciddi siyasətçi olması Ulu öndəri ən böyük edən bu cəhətlər idi.
Elə bu səbədən də 1992-ci ilin oktyabr ayında 91 nəfər Ulu öndərimizə müraciət etdi. Beləliklə, 1994-cü il 21 noyabrda bütün Azərbaycanı əhatə edən 550 nəfərdən ibarət Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.
Ümummilli liderimizi siyasət səhnəsindən silmək istəyən qara qüvvələrin arzusu ürəyində qaldı. Ulu öndər Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi dünya şöhrəti siyasətçi Ümummli liderimizin siyasət aləminə yenidən qayıdışı idi. Ulu öndərimizin Sovet dövründə Vətəni üçün gördüyü böyük işlər, yüksək xidmətlər qədirbilən xalqımızda rəhbərinə qarşı böyük inam yaratmışdı. Xalqımızı böhrandan ancaq böyük siyasətçi Heydər Əliyev xilas edə bilərdi və etdi.
YAP yarandığı gündən bəri Azərbaycan siyasətində aparıcı qüvvə olmuş, Ulu öndərimizin siyasətinə, əməllərinə sadiq olmuşdur.
İndi də bu Partiyanın başında Ümummli liderimiz, xalqımızın xilaskarı Heydər Əliyevin ən sadiq davamçısı Ali Baş Komandanımız Cənab İlham Əliyev durur.
Ulu öndərimiz Vətənimizi parçalanmaqdan xilas etdiyi kimi onu yarımçıq qalan arzu və əməllərini Cənab İlham Əliyev davam etdirdi. İndi bayrağımız bütün Azərbaycan torpaqlarında dalğalanır. Ulu öndər bu müstəqil, qüdrətli Azərbaycan sənin əsəridir!

Sabunçu qəsəbəsi, 155 saylı orta məktəbin
müəllimi Humay Vəliyeva

Oxşar xəbərlər