Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs ələ keçdi - FOTO

Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs ələ keçdi - FOTO Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs ələ keçdi - FOTO

Oxşar xəbərlər