Ermənilərin öz verdikləri vədlərə əməl etməmələri Azərbaycan ordusunu hərəkətə keçirməyə məcbur etdi

Ermənilərin öz verdikləri vədlərə əməl etməmələri Azərbaycan ordusunu  hərəkətə keçirməyə məcbur etdi
Xalqımız çətin tarixi proseslərdən keçib. Birinci Qarabağ müharibəsi çox çətin və ağrılı olmuşdu. Məğlub bir qoşun, itirilmiş ərazilər və çox sayda şəhid vermişdik. Baş verən hadisələr nəticəsində xalqda ruh düşkünlüyü və məyusluq yaratmışdı. ATƏT-in qəbul etdiyi qətnamələr də erməni terroristləri tərəfindən heçə sayılmışdı. Belə olan şərəitdə biz ordunu yenidən qurub öz ərazi bütövlüyümüz uğrunda mübarizəyə başlamaq məcburiyyətində qaldıq.
2020-ci ilin sentyabr ayının 27-si başlayan hərbi əməliyyatlar Azərbaycan ordu-sunun peşəkarlığını bir daha göstərdi. Hər şey birdən birə baş verə bilməz. Uzun illər ərzində ordu sahəsində aparılmış uğurlu siyasət nəticəsində Azərbaycan ordusu peşəkar bir qüvvəyə çevrildi. Ali Baş Komandan İlham Əliyevin başçılığı altına ordu hərəkata keçdi. Ermənilər və onların havadarları çox çalışsa da bu mütəşə kkil ordunun qarşısını ala bilmədi. Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlar bizim işimizi xeyli asanlaşdırırdı. Hələ müharibənin ilk saatlarından üstünlüyü əla alan ordumuz ermənilər tərəfindən işğal olunmuş kənd və şəhərlərimizi bir-bir azad etməyə başladı. Ordumuzun cəbhədə qazandığı qazandığı qələbələr xalq arasında böyük ruh yüksəkliyi yaratmışdı. Gənclər, döyüş qabiliyyəti olan əhali axın-axın hərbi komissarlığa gedərək Qarabağda döyüşmək istədiklərini bildirirdilər. Xalqda və orduda düşmənə qarşı qisas hissi alovlanmışdı.
44 gün davam edən Vətən müharibəsi ordumuzun parlaq qələbəsi ilə başa çatdı. Bizə qələbə gətirən amillər çox idi. Ordunun yenidən qurulması Ali Baş Komandan İlham Əliyevin dövründə baş verdi. Müharibədə ordumuzun qarşısına qoyulan əsas vəziflərəndən biri də ən az itki verməklə məqsədə çatmaq idi. Düzdür ordumuzun şəhidləri də oldu ancaq müharibəni itkisiz başa vurmaq mümkün olmayan bir işdir.
Müharibə bitsə də ordumuzun yarım qalan işi var idi. Xocalı, Xankəndi erməni terrorçularının nəzarəti altında qalmışdı. Başladığımız işi bitirməyin zamanı çoxdan çatmışdı. Ermənilərin öz verdikləri vədlərə əməl etməmələri Azərbaycan ordusunu hərəkətə keçirməy məcbur etdi. Sentyabrın 19-u yenidən başlayan hərbi əməliy-yatlar ordumuzun peşəkarlığını bir daha sübut etdi. Ordumuz yüksək dəqiqliklə erməni terrorçularına aid hərbi obyektləri bir-bir sıradan çıxarmağa başladı. Öz havadarlarından istədiyi dəstəyi ala bilməyən ermənilər bir gün davam edən mü-qavimətdən sonra ermənilər təslim olub Azərbaycan rəhbərliyinin şərtlətini qəbul etmək məcburiyyətində qaldı. Yaşasın müzəffər Azərbaycan ordusu!!!

Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
müəllimi Elvin Cəfərov

Oxşar xəbərlər