İşğal altında olan şəhər, kənd və qəsəbələrimiz Azərbaycan ordusu tərəfindən azad olundu

İşğal altında olan şəhər, kənd və qəsəbələrimiz Azərbaycan ordusu tərəfindən azad olundu Azərbaycan işğal olunmuş torpaqlarını azad etmə uğrunda həyata keçirdiyi Vətən müharibəsində yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və ordumuzun gücünü sübut etdi.
İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarır. Ermənistan ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsi zamanı dəfələrlə döyüş meydanından yüz kilometrlərlə uzaqda yerləşən, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı şəhərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını, gecə yatmış insanlara qarşı belə cinayətin törədilməsi raket atəşinə tutması onların çirkin niyyətlərini göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdə də yaşanılan hadisələr ermənilərin faşist əmməllərini təsdiqlədi. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələrini endirməsdi.
Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin gücü, rəşadətli ordumuzun dönməzliyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. İşğal altında olan şəhər, kənd və qəsəbələrimiz Azərbaycan ordusu tərəfindən azad olundu. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə sona çatdı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan məğlub edildi. Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu.
Beləliklə Ermənistanın düşünülmədən həyata keçirdiyi terror aktları ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı.

Balaxanı qəsəbəsi, 259 №-li tam orta məktəbin
İnformatika müəllimi Əminə Nəsirova

Oxşar xəbərlər