İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir

İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir
“Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır.
Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir faktor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. İtki vermədən torpaqların geri qaytarılması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.
Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam qələbəmizi təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır. Baxmayaraq ki, hər bir müharibədə ordu üçün hücum etmək kimi, taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur, lakin Azərbaycan ilk günlərdən qələbə qazandı və bu 44 gün ərzində bir gün də olmadı ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz geri çəkilsin. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı. Bu, əsgər və zabitlərimizin Vətən sevgisindən, eyni zamanda öz Ali Baş Komandanına olan sonsuz inamından və qələbəyə inamından qaynaqlanırdı.
Hər birimizə yaxşı məlumdur ki, 44 günlük müharibə dövründə erməni təcavüzkarları insanlığa yad olan, heç bir norma və əxlaqa sığmayan vasitələrə əl atmış, xalqımıza qarşı növbəti vəhşiliklər törətmiş, cəbhə xəttindən, döyüşlər gedən ərazilərdən çox-çox uzaqlarda yerləşən şəhər və kəndləri, yaşayış obyektlərini, mülki əhalini qadağan olunmuş silahlarla, ballistik raketlərlə, toplarla atəşə tutmuş, 100-ə yaxın dinc sakin həlak olmuş, dörd yüzdən çox mülki vətəndaş yaralanmış, minlərlə binalar dağıdılmış, infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Otuz ilə yaxın müddətdə vəhşi düşmən işğal altında olan bütün torpaqlarımızda soyqırımı həyata keçirib. Evlər, infrastruktur dağıdılıb, tarixi, mədəni, dini abidələrə, təbiətə ciddi ziyan vurulub. Ermənilər son günlərdə Kəlbəcəri və Laçını tərk edərkən də evləri yandırır, meşələri məhv etmişdilər. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi. Əlbəttə ki, ermənilər bu cinayətlərinə görə cavab verəcəklər. Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və müvafiq beynəlxalq məhkəmələrə çıxarılacaq. Sözsüz ki, dövlət başçısının qeyd etdiyi kimi, bu vəhşiliklərin cavabı düşməndən soruşulacaq və onlar etdiklərinə, törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar. Ancaq dövlət başçısı bu günün reallıqlarından çıxış edərək daha vacib olan və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşmasına kömək edə biləcək məsələləri gündəmə gətirir, müharibədən əziyyət çəkən insanların həyatının normallaşmasına çalışır.
Və nəhayət, 3 ay öncə Xankəndi şəhəri də azad edildi. Bəli, İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə qazanılan zəfərimiz ordumuzun, xalqımızın birliyini və şücaətini bütün dünyaya nümayiş etdirdi Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq qələbəsidir. Bu haqqın-ədalətin zəfəridir! Bu, Prezidentlə xalqın, ordunun birliyinin təntənəsidir! Azərbaycan xalqı bu zəfərlə, qələbə ilə fəxr edir! Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycan xalqı qalıb xalqdır!!!


Zabrat qəsəbəsi 71 nömrəli tam orta məktəbin
direktoru Yasin Quliyev

Oxşar xəbərlər