Bizim üç rəngli bayrağımız ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanımızın hər yerində dalğalanır

Bizim üç rəngli bayrağımız ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanımızın hər yerində dalğalanır
Ermənistan Respublikasının 1980-ci illərin sonlarından başlayaraq ölkəmizə qarşı yönəltdiyi işğal siyasəti nəticəsində 100 mindən çox soydaşımız Qərbi Azərbaycan torpaqlarımızdan qovuldu, Qarabağ və ətraf rayonlar işğal olundu. Təbii ki, kiçik bir dövlət olan Ermənistan tək başına bu qədər işğalı bacara bilməzdi, onların həm siyasi müstəvidə, həm də eyni zamanda döyüş meydanında güclü dəsdəkləri var idi. Amma bu dəstək, Azərbaycan ərazilərinin işğalına, onun vətəndaşlarına qarşı zorakılığa, təcavüzə olan dəstək idi və tarixi bir cinayətkarlığın başlanğıcı idi hansı ki, 30 ilə yaxın bu təcavüz və işğal siyasəti davam etdi. 30 ilə yaxın bir müddət ərzində Ermənistanla aparılan sülh danışıqları heç bir nəticə vermədi və hər dəfə Ermənistan müxtəlif bəhanələr gətirərək bu danışıqları dalana dirəyirdilər. Təsəvvür edin ki, XX əsrin faciəsi olan Xocalı faciəsinə belə dünya birliyi susur və səssiz qalırdı.
1994-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında aparılan əks hücum – Horadiz əməliyyatı nəticəsində 22 kənd və bir qəsəbə düşməndən azad edildi və bu qələbəni görənlər, xüsusilə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında atəşkəs elan edildi. Bu atəşkəs bizim üçün yeni bir başlanğıc nöqtəsi oldu, hansı ki, Ulu Öndərimizin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev bu başlanğıc qələbənin ardını tamamlamaq üçün bütün gücünü ortaya qoydu və qələbəyə gedən yolun xəritəsini tamamladı.
Dünyada çoxlu sərkərdələr var ki, onların başçılığı altında çoxlu döyüş əməliyyatları uğurla həyata keçirilib. Lakin, nəzərə alsaq ki, tarixdə daha çox yadda qalan və adları çəkilən sərkərdələr çox azdır. O sərkərdələr daha çox yadda qalıb və tarix onları daha çox xatırladır, ona görə ki, həmin sərkərdələrin apardığı döyüş əməliyyatları daha fərqliliyi, özünəməxsusluğu və yeniliyi ilə seçilib. Məsələn buna misal olaraq Səlcuqlu döyüşlərini (effektiv kommunikasiya), Napaleonun aprdığı döyüş əməliyyatlarını və s. misal göstərmək olar. Bu qəbildən olan qalibiyyət döyüşlərinin daha uğurlusunu və hətta mən deyərdim ki, analoqu olmayan bir döyüş taktikasına malik döyüşün memarı məhz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. 44 günlük zəfər tariximizə nəzər salsaq, çətin, keçilməsi mümkünsüz olan müdafiə sədləri ilə zəngin olan, həmçinin həm havadan və həm də qurudan güclü müdafiə olunan və eyni zamanda müasir döyüş texnikaları ilə təchiz olunan düşmən mövqelərini yararaq, aran döyüş mövqelərindən yuxarı dağlıq ərazilərə qalxaraq, zəfər bayrağını zirvələrə sancan Azərbaycan Ordusunu görərik. 44 günlük vətən müharibəmiz hələ də güclü dövlətlərin hərbi mütəxəssisləri tərəfindən araşdırılır, təhlil olunur və qələbə taktikamız öyrənilir. Beləliklə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdıran mən deyərdim ki, ilk sərkərdədir. Çünki bu qələbə təkcə torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, həm də beynəlxalq hüququ bərpa etdi, tarixi ədaləti öz yerinə gətirdi.
2020-ci ilin dekabrın 10-da Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı keçirildi və bu parad həm döyüş meydanında və həm də siyasi müstəvidə qazanılan zəfərin paradı idi.
Siyasi müstəvi dedikdə, Azərbaycanın həm daxili həm də xarici siyasət kursuna nəzər salsaq, görərik ki, 30 ilə yaxın bir dövr ərzində Azərbaycan siyasətinin qazandığı diplomatik uğurlar, ölkədə siyasi sabitlik, iqtisadiyyatın inkişafı, ordu quruculuğu, güclü dövlətlərlə effektiv əlaqələr, İslam ölkələri ilə əməkdaşlıq, hərbi sənayenin inkişafı, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması və daha yüzlərlə aparılan islahatlar bu qələbəmizin təminatı idi. Xarici siyasət istiqamətində Türkiyə ilə olan tarixi bağlarımızın daha da möhkəmlənməsini xüsusi qeyd edir və 44 günlik Vətən Müharibəsində qardaş ölkənin dəstəyini xüsusi vurğulamaq istəyirəm, hansı ki, 2020-ci il dekabrın 10-da Zəfər paradında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” demişdir.
Paradda nümayiş olunan silahlarımız və müxtəlif təyinatlı qoşun bölmələrimizin əsgərlərinin təntənəli keçidi dünya hərb tarixinin ən təntənəli qələbə nümayişi, mümkünsüzü mümkün edən qələbənin sevinc nümayişi idi.
Açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkına nəzər salsaq, orada Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Bizim üç rəngli bayrağımız isə ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanımızın hər yerində dalğalanır.
2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev

Oxşar xəbərlər