Mirdamət Seyidov: Xalqa xidmət, milli maraqlara uyğun fəaliyyət

Mirdamət Seyidov: Xalqa xidmət, milli maraqlara uyğun fəaliyyət Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. "Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində silinən MİLYONLAR - İLGİNC FAKTLAR" başlıqlı yazı yazaraq görülən işlərə kölgə salmaq istəyirlər amma alınmayacaq! Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən redaksiya olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov - Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin yeni tarixində xüsusi yer tutur. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış Yeni Azərbaycan Partiyası respublikamızın müasir tarixinin ən əlamətdar hadisələrindəndir.

1991-93 cü illərdə Azərbaycan dövlət müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz üzə qalmışdır. İctimai-siyasi durumun gərginliyi, vətəndaş qarşıdurmasının dərinləşməsi, hakimiyyət uğrunda mübarizə həmin dövrün xarakteristikasıdır. İdarəetmə səriştəsi olmayan, təsadüfü adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi ölkəmizin üzləşdiyi ağır durumu daha da dərinləşdirir, ölkəni uçuruma aparırdı. Uzaqgörən, qədirbilən Azərbaycan xalqı belə bir çətin məqamda öz xilaskarına - Heydər Əliyevə üz tutdu. 16 oktyabr 1992 - ci ildə bir qrup ziyalının, Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” müraciəti də belə bir çətin vəziyyətdə ünvanlandı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin müraciət, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

Əlbəttə ki, hər zaman qəlbi Azərbaycanla, xalqı ilə döyünən ulu öndər ölkəsinin bu ağır, çətin məqamina biganə qala bilməzdi. Xalqın səsinə səs verən Heydər Əliyevin sədrliyi ilə 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Mirdamət Seyidov: Xalqa xidmət, milli maraqlara uyğun fəaliyyət

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycan ağırlıqlarını öz çiyinlərinə götürməsi Azərbaycanı mövcud təhlükədən xilas etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siya­si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə, bir sözlə bütün sahələrdə ciddi dönüş yarandı.

550 nəfərin iştirakı ilə Təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasınin 10 illiyinə 280 min üzv birləşirdirsə, bu gün onların sayı 720 mindən artıqdır. Əlbəttə ki, bu ulu öndər Heydər Əliyev ideyyalarına sədaqətin, onun layiqli davamçısı Prezident İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq həyata kecirdiyi uğurlu, düşünülmüş siyasətin gələcəyinə inamın göstəricisidir.

Yeni Azərbaycan Partiyasının 31 illik həyatı mühüm hadisələrlə zəngin olmuşdur. Belə ki, Partiyanın 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmiş, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçilmişdir. 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.

Yeni Azərbaycan Partiyasının 2021-ci il mart ayının 5-də keçirilən VII Qurultayı da partiyanın həyatında olduqca əhəmiyyətli yer tutur. Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçilib və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılıb. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.

Prezident kimi 10 illik fəaliyyəti dövründə Ulu öndər bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrdən xilas edərək, yeni iqtisadi modellə gələcəyimizi İlham Əliyev kimi gənc, peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi. Cənab İlham Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı.
Mirdamət Seyidov: Xalqa xidmət, milli maraqlara uyğun fəaliyyət

Prezident, Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

Zəngin və şərəfli inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyası 31 ildir ki, xalqa xidmət edir, ölkəmizin milli mraqlarına uyğun fəaliyyət göstərir. Yarandığı gündən xalqın böyük etimadını qazanmış Yeni Azərbaycan Partiyası Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır.

Oxşar xəbərlər