Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət göstərilir

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət göstərilir
Prezident İlham Əliyev 09.11.2023-cü il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxış etmişdir.
Ötən il Prezident İlham Əliyev Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişdir. Şavkat Miromonoviç Mirziyoyev yenidən prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbayca etmişdir. Bütün bunlar Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlığın, qardaşlıq münasibətlərinin necə güclü olduğunu göstərir.
Azərbaycan ECO-nun üzvü kimi təşkilatın işlərində fəal iştirak edir və ECO – nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təstiqlənib.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla sərmayə qoyub və bunun nəticəsində Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu infrastruktur ECO-nun üzv dövlətləri üçün açıqdır.
Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət göstərilir. Hal – hazırda quruda 37 qiqavat külək və günəş, Xəzər dənizində isə 157 qiqavat külək enerjisi təşkil edir.
Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə əsasən demək olar ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.
Azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 2021-2023- cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. Bir neçə ilə bunların sayı artırılaraq 500 meqavata çatacaq.
Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 ilə yaxın işğal altında saxlamışdır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz yurdundan qovulmuş, qaaçqın və məcburi köçkünə çevrilmişdir.
Azərbaycan BMT - nin legitim özünümüdafiə hüququndan istifadə edib 2020 – ci ildə Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı. BMT Təhlükəsizlik Şurasının 1993- cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etmiş oldu.
Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə , beynalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik. Cari ilin 19-20 sentyabrda keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində qanunsuz seperatçı rejimi ləğv edərək özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərba etdi.
Azərbaycan 1992- ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olub. Ötən müddət ərzində Azərbaycan təşkilatda fəal iştirak edib.
Ulu Öndər Heydər Əliyev də ECO- nun fəaliyyətinə xüsusi önəm verərək , hələ 2002- ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökümət başçılarının 7- ci Zirvə görüşündə təşkilatın daha səmərəli olması üçün Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürmüşdür.
Azərbaycan ECO-nun fəaliyyətinə töhvələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına ev sahibliyi edib. Şuşa şəhəri 2026- cı il üçün ECO- nun turizm paytaxtı elan edilib.
Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistan Azərbaycana hərtərəfli dəstəyi ilə hər zaman seçiliblər. Bu iki ölkə Vətən müharibəsi dövründə hər zaman Azərbaycanın yanında olublar. 2021- ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısında qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamədə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəalar da öz əksini tapıb.


Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Əliyeva

Oxşar xəbərlər