
Bu sözləri Real TV-də yayımlanan "Mirşahinin vaxtı" proqramında verilişin müəllifi, tanınmış jurnalist Mir Şahin Ağayev bildirib.
O xatırladıb ki, 1993-cü ilin iyun ayında Elçibəyi devirib yerinə Surət Hüseynov və Ayaz Mütəllibovun tandemi ilə Dövlət Şurası qurmaq istəyənlərin çevriliş cəhdi olmuşdu: "Son anda xalqın tələbi və Elçibəyin dəvəti ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və dövləti fəlakətdən xilas etdi.
1994-cü ilin oktyabr ayında da, 1995-ci ilin mart ayında da eyni qüvvələr Azərbaycanda çevriliş etmək istəmişdilər. Baş tutacağı təqdirdə Dövlət Şurası yaratmalı və dövlət idarəçiliyini xarici ölkələrə təslim edəcəkdilər. Heydər Əliyev xalqı və Azərbaycanı qorudu.
2003-cü ilin oktyabr ayında yenicə Prezident seçilmiş İlham Əliyevi hələ and içməyə macal vermədən devirmək istəmişdilər.
Bu çevriliş cəhdlərində Azərbaycan yalnız 80 faiz var idi. Bu qədər güclü. Qüdrətli, beynəlxalq nüfuza malik dövlət deyildi. O zaman Azərbaycan beynəlxalq yazıqlıq ünvanı idi. Heydər və İlham Əliyevlər xalqın qürur hissini qaytarmaq üçün on illər sərf etdilər. Və budur bu gün mən Cıdır Düzü fonundayam. Burdan bütün dünyaya baxıram. Bu dövləti, 21-ci əsrin ilk və hələ ki yeganə qalib dövlətini, Azərbaycanı çevirmək niyyətinə düşmək üçün nə qədər alçalmalısan!!! Mən prosesləri diqqətlə izləyəcəm. Çünki hələ 1999-cu ildə ulu öndər Heydər Əliyev ilk dəfə xəstəxanaya düşəndə mətbuatda oxşar mövzular müzakirə edilirdi. Mən "Gülhanə" hospitalında müsahibə alanda Heydər Əliyevin həmin mövzulara münasibətini də soruşmuşdum. Budur o müsahibə. (aşağıdakı videoda)
Beləliklə, Ulu Öndərin təbirincə desək, yenə də pis niyyətlər, xəbis arzular elə o niyyət və o arzuların sahiblərinin gözündə qalacaq. Tarixinin ən qüdrətli zamanını yaşamaqda olan Azərbaycan Dövlətinin lideri İlham Əliyev fərd deyil, bir prosesdir. Onun gücü Azərbaycan xalqıdır. Milyarddan artıq əhalisi olan dövlət onun ey vətəni ilə addımlamağı özünə rəva bilir.
Azərbaycanın dövlət himni Ağ Evin önündə səslənir!
Dünyanın ən qüdrətli dövlətinin başçısı ona belə yanaşır.
İlham Əliyev dünyanın ən kiçik sakini ilə də təkcə öz doğma balası, qan bir, can bir övladı kimi deyil, bir dövlətin başçısı tək görüşür.
Uzun sürən ağır xəstəlikdən sonra siyasi vəfatı bioloji vəfatından daha tez baş vermiş Ramiz Mehdiyevi isə dırnaqarası təbrik etmək olar. Onun çevrilişi baş tutdu. Özünü çevirdi. Baxın kim idi, nə idi, kimə və nəyə çevrildi? İllah da bu Ucalıqdan, Cıdır Düzündən baxanda o qədər alçaq görünür ki... Cıdır Düzünə düzlənək, bacılar və qardaşlar, atalar və analar, nənələr və babalar, körpələr. Ümumxalq Selfisi üçün ən yaxşı fon buradır".