
Belə bir bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.
O eyni zamanda əlavə edib ki, Volodimir Zelenski ilə Donbasın Rusiyaya təhvil verilməsini müzakirə etməyib.
"Xeyr, biz bunu heç vaxt müzakirə etməmişik. Düşünürük ki, onlar sadəcə olduqları yerlərdə, cəbhə xəttində dayanmalıdırlar", -Tramp qeyd edib.
Donbasın taleyi ilə bağlı sualı cavablandıran Tramp deyib ki, hazırda Donbasın 78 faizi Rusiya tərəfindən işğal olunub və faktiki bölünüb. “Olduğu kimi qalmalıdır. Onlar... Sonra nəsə razılaşa bilərlər", - Tramp deyib.