İctimai siyasi sabitlik bərqərar oldu

İctimai siyasi sabitlik bərqərar oldu
Dövlətimiz müstəqillik əldə edəndən sonra yeni konstitusiya hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə xüsusi komissiya yaradılıb. Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. Müstəqil Azərbaycanın ilk konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur.
Kredosu ədalət söz azadlığı, insan azadlığı olan gələcək nəsillərə miras qoyacağımız ali qanunlar məcmusudur. Bu topluluq dövlətçilik ənənələrinə sadiq qalaraq vətəndaş cəmiyyətinin bərqərar edilməsində sütun rolun oynamışdır. Sivil cəmiyyətə inteqrasiyada hüquqi dövlət kimi tanınmağımızda mühüm rol oynamışdır.
Dövlətimiz demokratik hüquqi dövlət quruculuğu yolunu seçdi və müstəqilliyinin ilk illəri ərzində bazar iqtisadiyyatına yönəlmiş mülki və iqtisadi qanunlar islahatında vətəndaş azadlıqlarının və insan hüquqlarının təminində müstəsna nailyyətlər əldə etdi.
Xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hər kəsin layiqli həyat səviyyəsini təmin etmək dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq konstitusiyamızın əsas qayələrindəndir.
Məlum olduğu kimi 1978-ci il Azərbaycan SSR Konstitusiyası 1977-ci il keçmiş SSR Konstitusiyasının demək olar ki təkrarı idi. Xüsusi mülkiyyətin qadağan edilməsi yalnız bir partiyanın Kommunist partiyasının hökmüranlığına təminat vermişdir.
Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi tanınması ictimai həyatın bütün sahələrində köklü iqtisadi və siyasi, o cümlədən hüquqi islahatların aparılması zərurəti yeni Konstitusiyasının qəbul edilməsini şərtləndirən başlıca amillərdən olmuşdur.
Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev taleyüklü problemlərin hamısını həll etdi. İctimai siyasi sabitlik bərqərar oldu. Cinayyətkarlığın səviyyəsi azaldı. Xarici siyasət milli maraqlara uyğunlaşdırıldı. İqtisadiyyatda tənəzzül aradan qaldırıldı. Bütün bunlar Azərbaycanın demokratik inkişaf prosesinə dönməzlik xarakteri vermiş, dövlətçiliyin möhkəmləndirilməsinə təminat yaratmış, müstəqilliyimizi əbədi etmişdir. Dövlətimiz müstəqilliyini,suverenliyini və ərazi bütövlüyünü qorumaq müddəası Azərbaycanın beynəlxalq hüququn subyekti kimi dünya birliyi içərisində daimi olaraq öz yerini saxlamasından və möhkəmləndirməsindən, habelə Azərbaycan xalqının öz ərazisinin tam hüquqlu sahibi olmasından ibarətdir.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Lamiyə Məmmədova

Oxşar xəbərlər