Konstitusiyasının qəbul edilməsindən 28 il ötür

Konstitusiyasının qəbul edilməsindən 28 il ötür
1996-cı il fevralın 6-da Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycanda Konstitusiya Günü elan edildi. Bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 28 il ötür.
Respublikamızda müstəqillik bərpa edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin başçılığı ilə hazırlanan Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu Konstitusiya Müstəqil Azərbaycanın ilk, ölkəmizin isə sayca dördüncü Konstitusiyası olub, ölkə tariximizin ən mühüm hadisələrindəndir. Konstitusiya ölkənin inkişafına güclü təkan verən, demokratik inkişafı təmin edən əsas hüquqi sənəd idi.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyanın 158 maddəsindən 48-i bilavasitə insan hüquqlarına həsr edilmişdir. İnsan hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu, həmçinin hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.
Konstitusiyada qeyd edilir ki, dilindən, dinindən, irqindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıq bərabərliyi mövcuddur. Ölkəmizdə yaşayan müxtəlif xalqlara münasibətimiz bu sözlərin sadəcə kağız üzərində olmadığının təzahürüdür.
Əsas Qanuna illər ərzində yeni dövrün yaratdığı zərurətlərlə əlaqədar müəyyən islahatlar və əlavələr edilərək daha da təkmilləşdirilib. Konstitusiyada edilən yeniliklər nəticəsində müstəqilliyin, ərazi bütövlüyünün qoruması, demokratik cəmiyyət qurmaq kimi nailiyyətlər əldə olunmuşdur.
Konstitusiya Məhkəməsi Vətən müharibəsi dövründə səsimizi beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqda mühüm vasitə idi. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarla Ermənistanın Azərbaycana qarşı ardı kəsilmək bilməyən hərbi təxribatlarını Dünya ölkələrinin diqqətinə uğurla çatdırıldı. Bu uğurlu siyasətin nəticəsində beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapdı.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva

Oxşar xəbərlər