Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir

Prezident   İlham  Əliyevin  həyata  keçirdiyi  güclü  dövlət, güclü  ordu  strategiyası   torpaqlarımızın  işğaldan  azad  olmasının ən  başlıca  səbəbidir Prezidentimizin uzaqgörən və uğurlu siyasəti orduzumuzun gücü ilə birləşərək 2020-ci ili Azərbaycanda Qələbə ilinə çevirdi. Tariximizin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi hər birimizin qürur mənbəyi, iftixar mənbəyidir.
Bir zamanlar haqq səsi eşidilməyən, başına gətirilən müsibətlərə laqeyd yanaşılan Azərbaycan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Cənab prezidentimiz İlham Əliyevin beynəlxalq aləmdə qazandığı uğur, sosial-siyasi münasibətlərdə nümayiş etdirdiyi mövqe bizi qələbəyə addım-addım yaxınlaşdırdı. Bu gün qürurla deyə bilərik ki, ordu quruculuğunda əldə etdiyimiz uğurlar Azərbaycan ordusunun adını qızıl hərflərlə tarixə yazdıran Zəfər salnaməmizin təməli oldu.
Təsadüfi deyil ki, dünya ictimaiyyəti Azərbaycan ordusunu Cənubi Qafqazın ən güclü ordusu hesab edir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman ordu ilə bağlı məsələlərin vacibliyini vurğulamış, hərbi hissələrdə tiknti-bərpa işləri aparmış, zabitlərin xidmət şəraiti ilə yanaşı, məişət problemləri də həll olunmuşdur. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılmış, fərqləndirilmiş hərbçilər mükafatlandırılmışdır. Bütün bunlar ordumuzun şəxsi heyətində ruh yüksəkliyi yaratmışdır.
Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Mərhum Xalq şairimiz Zəlimxan Yaqubun misraları ilə fikrimi yekunlaşdırmaq istərdim :
Bizə od vuranları yandırıb-yaxan gərək,
Torpağı gözümüztək qoruyub baxan gərək,
Qəzəb dolu tüfəngəm çaxmağı çaxan gərək,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Arzu Cəfərova

Oxşar xəbərlər