Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq

Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq
Azərbaycan tarix boyu erməni vandalizminin dəfələrlə şahidi olub. Xalqımız hələ XX əsrin əvvələrində bu vəhşiliyi görmüşdür. 1918-ci lin mart ayının 31-də Azərbaycanın bir çox şəhərlərində erməni cəlladları xalqımıza divan tutub. Günahsız, əliyalın insanları vəhşicəsinə qətlə yetiriblər. Amma bu vəhşiliyi Sovet hakimiyyəti zorla xalqa unutdurdu. Yəni Sovet hakimiyyəti öz planlarını icra etməkdən ötrü istifadə etdiyi bu kiçicik və kökü məlum olmayan millətə dəstək oldu.
Biz təəssüfki, bu vəhşiliyi unutduq. Bu unutqanlığımızın nəticəsini XX əsrin sonlarında gördük. Birinci Qarabağ müharibəsində yenə erməni cəlladları günahsız vətəndaşlarımızı qətlə yetirdilər. Torpaqlarımız işğal edildi. Bu da onu sübut edir ki, düşməni bağışlamaq olmaz. Erməninin yaxşısı , pisi olmur. Erməni xisləti olur ki, bu da hər bir erməninin qanında vardır. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da lənət. Amma bu dəfə törədilən vəhşiliklər bizə dərs oldu. Biz artıq müstəmləkə altında deyil, müstəqil Azərbaycan idik. Bizə bunu heç bir qüvvə unutdura bilməzdi.
Birinci Qarabağ müharibəsi baş verən zaman Azərbaycan yeni müstəqilliyini əldə etmiş dövlət idi. Güclü ordumuz yox idi. Amma bu müstəqillik dövrümüzdə biz gücləndik, inkişaf etdik və 28 il sonra biz bu gücümüzü erməni vandallarına və onun himayədarlarına göstərdik. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Ali Baş Komandanın rəhbərliyi ilə güclü, rəşadətli ordumuz illərin qisasını aldı. Torpaqlarımız azad edildi.
İkinci Qarabağ müharibəsindən artıq 3 il keçib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əmri ilə viran edilən torpaqlarımızda təmir-bərpa işləri aparılıb. Artıq Qarabağımız əvvəki vəziyyətə qayıdır. Hətta vaxtı ilə zorla torpaqlarından çıxarılmış bəzi məcburi köçkünlər öz torpaqlarına qayıdıblar. Bu yolda prezidentimiz vətəndaşlarımıza öz dəstəyini nümayiş etdirir. 2023-cü il 17 oktyabr tarixində prezidentimiz İlham Əliyev Füzuli sakinləri ilə görüşmüşdür. Füzuli sakinləri arasında bəzi mədəniyyət xadimləri də var idi.Bu görüş bizim birliyimizin göstəricisidir. 17 Oktyabr isə tariximizə “Füzuli Şəhəri Günü” olaraq düşmüşdür.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Cəbiyeva

Oxşar xəbərlər