Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik

Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik Sentyabrın 29-da “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilan şəhərində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasiminin baş tutması vacib hadisədir. Bu Forumda bir çox ölkədən xeyli sayda nümayəndənin iştirak etməsi Ermənistanın işğalçı siyasətinin nəticələrinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.
Şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar bu inkişaf proqramının əhəmiyyətini daha da artırır. Ona görə də işğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, görülmüş işlər, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı. Quruculuq işləri infrastrukturları da əhatə edir. Yolları da, kəndləri də, şəhərləri də. Bu baxımdan quruculuq işləri hərtərəfli aparılır. Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumu da bu istiqamətdə görülən işlərin stimullaşdırılmasını əhatə edirdi. Azərbaycan Respublikasının Pre¬zi¬denti cənab İlham Əliyevin forumda iştirakı, çıxışı da tədbirin hansı səviyyədə əhəmiyyətli olduğunun göstəricisidir. Bu forumda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı da onun g¬ə¬rək¬liyinin təsdiqidir.
Şərqi Zəngəzur iqtisadi rayon olma etibarilə indi başlanğıcdan qurulur.
Ölkə başçısı çıxışında vaxtilə işğal olunmuş ərazilərdən köçkün düşənləri keçmiş köçkünlər adlandırdı. Bu ifadə vətəndaşa sevginin ifadəsidir. Azərbaycan xalqının öz köklərinə dərindən bağ¬lı olduğunu qeyd edən cənab Prezident bildirdi ki, quruculuq işlərində müasir texnologiyalar tətbiq edilməlidir. “Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdu”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgənin yol infrastrukturunun şaxələndiyini xatırladaraq qeyd etdi ki, Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökü¬lüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəq¬liy¬yat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
2-ci Milli Şəhərsalma Forumu Azərbaycanda quruculuq işlərinin sürətlənməsinə, keyfiyyətinə, dünya standartları ilə tamamlanmasına həsr olunsa da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəşəri bir fikrinin ifadəsi olan niyyətlə başa çatdı: “Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır”. Bu forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.


Könül Nuriyeva,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin direktor əvəzi,
YAP fəalı

Oxşar xəbərlər