Naxçıvan Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni, ən müasir diyarıdır

Naxçıvan Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni,  ən müasir diyarıdır
Naxçıvan təbiəti, gözoxşayan mənzərələri ilə fərqlənən bir diyardır. Burada qədim insan məskənləri , müxtəlif tarixi dövrlərə aid abidələr mövcuddur.
Dünyanın möcüzə və sirlərlə zəngin naxışı Naxçıvan regionda ən qədim insan məskənlərindən hesab olunur. Bəzi mənbələrə görə, Nuhun gəmisi burada iki hissəyə parçalanıb. Naxçıvanla bağlı əfsanə və rəvayətlərə tez-tez rast gəlmək olar. Azərbaycanın memarlıq inciləri - XII əsrə aid Möminə Xatun türbəsi və Xan Sarayı da Naxçıvanda yerləşir. Ordubada aparan mənzərəli yollardan keçərək İlandağın haça zirvəsini görmək mümkündür.. Əfsanələrə görə, Nuhun gəmisi məhz İlandağa dəyib.
Naxçıvan həm də mineral bulaqlar muzeyi kimi tanınır. Burada 250-dən çox mineral su mənbəyi var. Eyni zamanda Naxçıvan “Sirab”və “Badamlı” kimi mineral su brendlərinin vətənidir.
Naxçıvan Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni, ən müasir diyarıdır. Tarixi yaddaşımızı təzələyib ,ümumiyyətlə, bəşər sivilizasiyasının keçmişinə nəzər salsaq, ən erkən tarixi mərhələlərdə də yenə Naxçıvanın bir mərkəzi coğrafiya kimi qarşımıza çıxdığını görərik. Akademik tarixin xatırladığı mədəniyyət və dövlətçilik ənənələrinin kökü beş min il öncəyə gedib çıxır. Təqribən elə beş min il öncə də bütün tarixi qaynaqlarda bu və ya digər şəkildə Naxçıvanın adı çəkilir. Əgər biz bu qaynaqların ayrı-ayrı coğrafiyalarda yerləşən mənbələrinə diqqət yetirsək, görəcəyik ki, bu, çox geniş, çoxşaxəli bir siyasi coğrafiyanı əhatə edir.
Naxçıvan başdan-başa tarix, tarix isə milli yaddaşdır.
Hər yerdə Naxçıvanın adına rast gəlmək mümkündür. Tarixi yaddaş milli yaddaşın ən əsas komponentlərindən biridir. Belə bir fikir var ki, öz tarixini, tarixi faciələrini unudanlar onu yenidən yaşamağa məhkumdurlar. Düşünürəm ki, bu, olduqca obyektiv fikirdir. Əgər kim yenidən özünə qayıtmaq, milli yaddaşını təzələmək istəyirsə, kim bölünmüş Azərbaycanın faciəsini bir daha dərk etmək istəyirsə, mütləq Naxçıvana getsin.

Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova

Oxşar xəbərlər