Naxçıvan Azərbaycanın qədim diyarıdır !

Naxçıvan Azərbaycanın qədim diyarıdır !

Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni, ən müasir diyarıdır. Tarixi yaddaşımızı təzələyib keçmişə nəzər salsaq, ən erkən tarixi mərhələlərdə də yenə Naxçıvanın bir mərkəzi coğrafiya kimi qarşımıza çıxdığını görərik.
Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsasən şəhərin əsası e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir. Bu şəhər eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəylər dövlətinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir.
1828-ci il Türkmənçay müqaviləsindən sonra Çar höküməti İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi. Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.
Çarizmin 1870-ci ildə həyata keçirilmiş şəhər islahatı Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhərinə də tətbiq olundu. Şəhərin ümumrusiya bazarına cəlb edilməsi onun iqtisadi və mədəni inkişafında mühüm rol oynadı. Naxçıvanın günü gündən çiçəklənməsi və iqtisadi əlaqələrinin inkişafı ermənilərin diqqətini cəlb etmişdir. 1917-ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevirildi. 1918-ci il 26-28 may tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak höküməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı.
1920-ci il iyulun 28 – də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 29 noyabr, 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR höküməti də Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi. Lakin Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR — ə birləşməyə səs verdi. Naxçıvanın muxtariyyət statusunu qəti müəyyənləşdirən Moskva və Qars müqavilələri imzalandı. Naxçıvan 1924-cü il 9 fevralda yeni yaradılmış Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu.
Totalitar rejim şəraitinə baxmayaraq, Naxçıvan şəhəri Sovet hakimiyyəti illərində də social-iqtisadi və mədəni inkişaf sahəsində mühüm nailiyyətlər əldə etmişdi. Sənayesi, əsasən, bu dövrdə yaranmışdır. XX əsrin 80-ci illərinin sonlarından etibarən muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvan şəhərinin inkişafı qısa müddət sonra bərpa edilmişdir.Tarix boyu əldən ələ gəzməsinə baxmayaraq günümüzdə Naxçıvan Muxtar Respublikası öz müstəqilliyi qoruyub saxlayır və iqtisadi coğrafi əlaqələrini genişləndirərək daha da güclənir.
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev demişdir: «Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq».

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
fizika müəllimi Güllü Həsənova

Oxşar xəbərlər