“Qarabağ” bu gün “Olimpiya”nı qəbul edəcək

“Qarabağ” bu gün “Olimpiya”nı qəbul edəcək “Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edəcək.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası

20:00. “Qarabağ” - “Olimpiya” (Sloveniya) (ilk oyun 2:0)

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər