Bu gün “Qarabağ” - “Frayburq” matçı var

Bu gün “Qarabağ” - “Frayburq” matçı var Bu gün Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarına start veriləcək.

“Son Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Qrupda 1-ci yerin təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, matçın “Qarabağ” üçün əhəmiyyəti böyükdür.

Ağdamlılar pley-offa yüksəlmək üçün qalib gəlməlidir. Əgər təmsilçimiz bunu bacarmasa, Yunanıstanda “Olimpiakos”la görüşən “Nant”ın xal itkisinə ümid edəcək.

Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər