
Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən jurnalist eyni zamanda Lalə Azərtaşla da birgə şəklini paylaşıb.
Bir sıra yerli saytlar isə onun Xəzər TV-də çalışacağı ilə bağlı iddialar irəli sürüb.
Azərbaycanlı jurnalist İsgəndər Qənbərov isə görüşün bununla əlaqəsi olmadığını yazıb:
“Türkiyə Xəbər Kameramanları Dərnəyinin (THKD) ZOOM mükafatlandırılma mərasimi bu il Azərbaycanda təşkil olunması nəzərdə tutulub. Bununla bağlı THKD-nin sədri Aytekin Polatel Azərbaycana iki dəfə işgüzar səfər edib. Bir çox telekanal və ictimai birlik rəhbərləri ilə görüşlər keçirilib. Avqustun 19-da Fulya Öztürkün köməyi ilə Türkiyədən bir neçə nümayəndə Azərbaycana məhz ZOOM mükafatlandırılma mərasiminin təşkil olunması üçün səfər edib və prezidentin köməkçisi Hikmət Haciyevlə görüşlər keçiriblər. Mən də TKHD-nin Azərbaycan təmsilçisi olaraq bu işlərdə koordinator rolunu oynayıram.
Xəzər TV rəhbərliyi bu işdə bizə dəstək olanlardandır. Məhz bu fotolar və videolar da Xəzər TV-dəki görüş zamanı çəkilib", - deyə o əlavə edib.