
Sərəncamla Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən bu il sentyabrın ortalarına qədər Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu. Sentyabr ayında isə o, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini təyin edilmişdi.