Ukraynalı diplomat Ermənistanda öldü

Ukraynalı diplomat Ermənistanda öldü Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə (Sevan) gölündə batıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Hadisə bazar günü baş verib. Ukraynalı diplomat Göyçə gölündə çimərkən batıb. Hadisə yerinə cəlb olunmuş su xilasediciləri diplomatı təxminən 1,5 m dərinlikdən çıxararaq motorlu qayıqla sahilə çıxarıblar.

Hadisə yerinə gələn xilasedicilər onun öldüyünü müəyyən ediblər.

Ölən diplomatın adı açıqlanmır.

Oxşar xəbərlər