Bakıda mənzildə partlayış baş verdi

Bakıda mənzildə partlayış baş verdi Səbail rayonunda birmərtəbəli evdə partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə gələrək, digər aidiyyəti dövlət qurumlara məlumat veriblər.

Partlayış nəticəsində dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən edilib.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş vermişdir.

Oxşar xəbərlər