Ulu Öndər Heydər Əliyevin “azərbaycançılıq” ideologiyası milli ruhun yüksəlməsi, azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında əsas real siyasi amillərdəndir

Ulu Öndər Heydər Əliyevin “azərbaycançılıq” ideologiyası milli ruhun yüksəlməsi, azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında əsas real siyasi amillərdəndir
1994-cü ilin bu günü ... 24 iyun.... 29 il bundan qabaq ölkəmizdə siyasi-iqtisadi vəziyyətin olduqca gərgin olduğu bir vaxtda ulu öndər Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başladı. Həmin günə qədər AXC – Müsavat cütlüyünün bir illik fəaliyyəti ərzində ölkədə anarxiya, özbaşınalıq, iqtisadiyyatın çökməsi, əhalinin sosial vəziyyətinin pisləşməsi pik həddə çatmışdı. Aydın görünürdü ki , ölkənin idarəçiliyində güclü bir siyası rəhbərè ehtiyac duyulur. Ulu ödər Heydər Əliyev ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini ön plana çıxartmışdr və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir, cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Separatçılıq cəhdlərin və vətəndaş qarşıdurmasının qarşısı alındı.
Əminliklə deyə bilərik ki, ölkədə demək olar bütün sahələrdə inkişaf Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.
Ölkədə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Milli ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı ilk parlament seçkiləri keçirildi və referendum yolu ilk Konstitusiya qəbul edildi,xalqda öz dövlətinə inam yaranmağa başladı.
Ulu Öndərin neft strategiyasındaki uğurlu siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur.. Bu müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır.
Ulu Öndər Heydər Əliyevin “azərbaycançılıq” ideologiyası milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında əsas real siyasi amillərdəndir.
Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını dünyanın siyasi gündəliyinə gətirən şəxs də məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. O, bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Ulu Öndər Heydər Əliyev haqqında nə qədər yazsaq, oxusaq da düşünürəm ki yenə də azdır. Onun qoyub getdiyi siyasi kurs bu gün layiqincə davam etdirilir. Məhz bu güclü siyasi kursun təsiridir ki bu gün də xalqin sabaha inamı, vətənə məhəbbəti sonsuzdur. Fəxrlə deyə bilərik ki, ikinci Qarabağ müharibəsinin təməlində dayanan bu birlik, vətən sevgisi xalqı bir yumruq kimi birləşdirdi ve düşməni qovub çıxartdı.


Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
ingilis dili müəllimi Humay Həmidli

Oxşar xəbərlər