Azərbaycanın yerləşdiyi coğrafiyaya qlobal güclərin marağı hər keçən gün artır

Azərbaycanın yerləşdiyi coğrafiyaya qlobal güclərin marağı hər keçən gün artır
Azərbaycan uzun illər işğaldan əziyyət çəkdi, 100 minlərlə qaçqın və məcburi köçkünün probleminin həllinə çalışdı.
Aparılan diplomatik danışıqlar da heç bir nəticə vermədi. Bütün bu çətinliklərə baxmayaraq ordu quruculuğuna xüsusi diqqət ayrıldı. 1994-cü ildə atəşkəsə nail olunsa da Ermənistanın təxribatları müxtəlif istiqamətlərdə olurdu. Təbii ki, bu işdə onlara havadarları da xüsusi köməklik göstərirdi. Şuşada yallı gedən zehniyyət xəyallara qapılmışdı. Yeni müharibələr, yeni ərazilər iddiasında idilər. Üstəlik bu iddialara aparıcı dövlətlər heç bir narazılığını bildirmirdi. Yəni haqlının, yox güclü olanın yanında dayanmışdılar. Diplomatik danışıqlar nəticə vermədiyi an ordu öz sözünü dedi. Ermənistan silahlı qüvvələrinin hücumuna, əks hücum əməliyyatı ilə cavab verildi. İllərdir bu anı gözləyən ordu öz sözünu döyüş meydanında dedi. Düsməndən fərqli olaraq əsl müharibə qaydalarına əməl edildi. Mülki insanların yaşadığı kənd, qəsəbə və şəhərlər bombalanmadı.. Azərbaycan ordusu və onun ali baş komandanı səbr nümayiş etdirdi... Bəli bu gün Azərbaycan ordusu 3 ildir ki, qalib ordu kimi öz fəaliyyətini davam etdirir, peşəkarlığını daha da artırır.
Dövlət başçısı elə yeni komando birliyinə döyüş bayrağını təqdim edərkən bildirdi ki, xüsusi təyinatlı qüvvələrin sayı bir neçə dəfə artırılıb. Əslində bu açıqlama orduda aparılan islahatların məntiqi davamı kimi də başa düşülə bilər. Azərbaycan qalib ölkə olmasına baxmayaraq vəziyyət hər tərəfli təhlil edildi. Müharibə vaxtı ortaya çıxan problemlər sonradan operativ qaydada öz həllini tapdı. Qazanılan qələbə ilə kifayətlənmək düzgün qərar olmazdı. Azərbaycanın yerləşdiyi coğrafiyaya qlobal güclərin marağı hər keçən gün artır. Belə olan təqdirdə müstəqil dövlət kimi ayaqda qalmaq istəyən hər bir dövlət güclü orduya sahib olmalıdır.
Dövlət başçısı bildrib ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir..
Həm də bunu xüsusi olaraq qeyd eləmək lazımdır ki, son illər ərzində Azərbaycan ordusu xüsusi əməliyyatlar keçirib. Elə Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması da Azərbaycanın güclü siyasi iqtisadi və hərbi qüdrətindən xəbər verir.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər