
Bu dəfə qalib ölkənin vətəndaşları-gəncləri olaraq dövlət başçısı ilə görüşə gəldilər. Onlara bu qalibiyyəti- sevinci yaşadan Müzəffər Ali Baş Komandanın açıqlamalarına diqqətlə qulaq asdılar.
Foruma dəvət edilənlərin müxtəlif sahələri təmsil edən gənclər arasından seçilməsi də təsadüfi deyildi. Azərbaycan gəncləri onları maraqlandıran sualları verir dövlət başçısı da bunu cavablandırdı. Prezident görülən işlərlə yanaşı gənclərə öz tövsiyyələrini də çatdırırdı.
Prezident vurğuladı ki, elə şərait yaradılmalıdır ki, xaricdə təhsil alan gənclər özləri vətənə qayıtsınlar. 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra edildi. Onlar 30-dan çox ölkənin 300-dən çox ali məktəbinə ezam olunub. Bu məqsədlə 200 milyon manat vəsait xərclənib. Artıq dövlət xətti ilə oxuyanların böyük hissəsi geri qayıdıb.
Bu gün cəmiyyətin böyük bir hissəsini təşkil edən gənclər ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar. Gənclər, öz canından keçərək şəhidlik zirvəsinə yüksələn Polad Həşimov kimi həqiqi qəhrəmanları örnək alırlar. Millətin bağırından çıxan qəhrəmanları bu xalq onun gəncləri heç vaxt unutmur.
Azərbaycan gəncləri bu gün daha qürurlu, daha məğrurdur.. Çünki qazanılan qalibiyyətdə onların da payı az deyil.
Güclü Azərbaycanın güclü gəncləri bundan sonra da yeni-yeni uğurlara imza atacaq.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə İbrahimova