Sevinirik ki, 30 illik həsrətə son qoyuldu

Sevinirik ki, 30 illik həsrətə son qoyuldu Prezident İlham Əliyev çıxışlarından birində demişdir: Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti, əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.
Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi. Çox şükür ki, biz Şuşalı günlərə qayıtmışıq. Daşaltı çayının zümzüməsinə, əsrlərin yadigarı olan şiş qayalara, dumanlar içində göyə yüksələn dağlara qovuşmuşuq. Şairimiz Fikrət Qocanın aşağıdakı misralarını nəzərdən keçirsək, yerinə düşər:
Vallah, göz sevinir baxırsan hara,
Öz yaşıl səsiylə çağırır çəmən.
Şuşa, ucalmısan boz buludlara,
Vətən torpağınınn heykəlisən sən.
Sevinirik ki, 30 illik həsrətə son qoyuldu. Biz Qarabağlı günlərə, Şuşamıza- Xarı bülbülümüzə qovuşduq.
Qarabağ Azərbaycandır !
Yaşasın Azərbaycan !
Eşq olsun Ali baş komandan- İlham Əliyev !


Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova

Oxşar xəbərlər