Türkiyədə bu posta ilk dəfə qadın sədr təyin olundu - O kimdir?

Türkiyədə bu posta ilk dəfə qadın sədr təyin olundu - O kimdir? Türkiyə Mərkəzi Bankına (TCMB) ilk dəfə qadın sədr təyin olunub.

Türkiyə mətbuatı xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.

Sözügedən təyinatla Hafize Qaye Erkan TCMB-nin ilk qadın sədri olub.

H.Q.Erkan 2001-ci ildə Boğaziçi Universitetinin sənaye mühəndisliyi fakültəsini bitirib. Təhsilini ABŞ-də davam etdirən yeni sədr 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirib.

Karyerasına 2005-ci ildə “Goldman Sachs”da başlayan Erkan işlədiyi müddətdə ABŞ-ın böyük banklarının və sığorta şirkətlərinin idarə heyətinə məsləhət xidmətləri göstərib.

Oxşar xəbərlər